Avtomobil aşdı, sürücünün vəziyyəti ağırdır

22-10-2015, 15:16
264

Avtomobil aşdı, sürücünün vəziyyəti ağırdırDaşkəsəndə yol qəzası baş verib. Sürücü idarəetməni itirərək yük maşınını dərəyə aşırıb.

Daşkasən Rayon Polis İdarəsindən  verilən məlumata görə, şəhər sakini 1969-cu il təvəllüdlü Namiq Əsgərov "QAZ-53" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yolun kənarındakı dərəyə aşırıb.

Yaralını ağır bədən xəsarətləri ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstaxansına çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, həkimlər yaralıya dərhal tibbi yardım göstəriblər. İlkin tibbi yardımdan sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Bir müddət əvvəl də Lənkəranda oxşar hadisə baş verib. Yük avtomobili dərəyə aşıb. Rayonun dağlıq kəndlərindən biri olan Gəgiranda kənd sakini 1987-ci il təvəllüdlü Zamin Rza oğlu Əliyev "QAZ-66” markalı yük maşında idarəetməni itirərək dərəyə aşıb.

Qəza nəticəsində sərnişin Gəgiran kənd sakini, 1973-cü il təvəllüdlü Mustafa Aşur oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəza zamanı avtomobilin sürücüsü Zamin Əliyev isə çoxsaylı bədən xasərətləri almışdı.

   //ANS Press