Traktor dərəyə yuvarlandı, sürücü ağır yaralandı

5-03-2017, 23:35
413

Traktor dərəyə yuvarlandı, sürücü ağır yaralandıŞirvan şəhərində traktorun aşması nəticəsində sürücü ağır yaralanıb.

Traktor Kür çayı üzərindəki körpüyə qalxan zamanı idarəetməni itirib və dərəyə yuvarlanıb.

Nəticədə ağır yaralanan sürücü, Sabirabad rayonunun Qaratuğay kənd sakini 1976-cı il təvəllüdlü Əhmədov Şəmistan Valeh oğlu Şirvan Şəhər Xəstəxanasına çatdırılıb və əməliyyata aparılıb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.  

//APA