Avtobusda həyat yoldaşını öldürən şəxsə 18 il iş verildi

13-10-2015, 18:49
282

Avtobusda həyat yoldaşını öldürən şəxsə 18 il iş verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə N. Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Məmmədov aprelin 8-də 135 saylı sərnişin avtobusunda həyat yoldaşı Fatma Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib.

   //APA