Bakıda müəllim işləyən arvadını öldürən şəxsə hökm oxundu

7-04-2017, 23:36
264

Bakıda müəllim işləyən arvadını öldürən şəxsə hökm oxunduBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını döyərək öldürməkdə təqsirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Əkbərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, N.Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

N.Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmək) maddəsi ilə ittiham olunub.
Əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Məlum olub ki, onların 6 və 9 yaşlarında övladları var. N.Əkbərzadə isə Moskvada ticarətlə məşğul olub.

//report