Rüfət Mehdiyevin ölümündən 6 il keçir

1-02-2017, 16:11
282

Rüfət Mehdiyevin ölümündən 6 il keçirMüğənni Rüfət Mehdiyevin ölümündən altı il ötür.

R.Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul idi. 1992-ci ildən müğənnilik edirdi.

O, 2011-ci ilin fevralın 1-də, 42 yaşında qəflətən dünyasını dəyişib. Müğənninin ölümünə səbəb insult olub. R.Mehdiyev Nizami rayon qəbristanlığında dəfn edilib.

İfaçı "Həyatı sevirəm", "Darıxdım", "İl keçdi", "Druzya", "Odlar yurdum" kimi mahnılar səsləndirib.

Mərhumun üç qızı, bir oğlu var.

   //Axsam.az