Oğuzda qəza: 2 yaralı

23-09-2015, 15:36
261

Oğuzda qəza: 2 yaralı
Oğuzun Kərimli kəndində iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Məmmədov Mehdul Vacib oğlu "VAZ 21 07" markalı avtomobilinin idarəetməsini itirərək qəza törədib. Hadisə nəticəsində sərnişinlər - Oğuzun Dəymədərə kənd sakinləri, Salahov Ramin və Abdullayev Ağasəf - xəsarət alıblar. Salahov Ramin döş qəfəsinin qapalı travması, Abdullayev Ağasəf isə təpə nahiyəsinin cırılmış yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İlkin tibbi yardımdan sonra xəsarət alanlar ambulator müalicə üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

   //Milli.az