Sevdiyi oğlanla mübahisə edib sirkə içdi

27-04-2022, 00:19
191

BUGUNBİLDİM.COM



Ağdaşda 18 yaşlı qız sevdiyi oğlanla mübahisə etdiyi üçün intihara cəhd edib.

Nəzər Media.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə aprelin 20-də baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü qız zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

İlkin araşdırma zamanı məlum olub ki, o, əsəbiləşərək sirkə içib. Onun sevdiyi oğlanla mübahisə etdiyi üçün bu addımı atdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.