Gürcüstanın baş naziri özünü təcrid edib

2-11-2020, 20:34
140


Gürcüstanın baş naziri Giorgi Qaxariya koronavirusla əlaqədar özünü təcrid edib.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, baş nazir bu barədə qərarı onun əməkdaşının koronavirusa yoluxmasından sonra qəbul edib.

G.Qaxariya özünün "Facebook" səhifəsində bildirib: "Bir gün əvvəl uzun müddət təmasda olduğum əməkdaşımda koronavirusun təsdiqlənməsi ilə əlaqədar, təəssüf ki, artıq xüsusi rejimdə çalışmalıyam. Müvafiq olaraq özümü təcrid etdim və bu rejimdə işimi davam etdirəcəyəm".