Putin: Türkiyənin bunu bilməməyi mümkün deyil"

27-11-2015, 12:11
211

Putin: Türkiyənin bunu bilməməyi mümkün deyil""Türkiyənin vurduğu təyyarənin Rusiyaya məxsus olduğunu bilməmələri mümkün deyil". Bunu Rusiyanın paytaxtı Moskvada Fransanın dövlət başçısı Fransua Olland ilə mətbuat konfransı keçirən Vladimir Putin deyib. O, qeyd edib ki, təyyarənin üzərində xüsusi simvollar olub.

Putin Türkiyədən belə həmlə gözləmədiklərini deyib. "Türkiyə ilə ancaq qonşu yox, həm də dostuq".

Rusiya prezidenti Suriyaya S-400-lər göndərməyə məcbur qaldıqlarını deyib. "Pilotumuz öldürüldü. Bu, qəbuledilməzdir. Amerika ilə anlaşaraq bizim hava qüvvələrimizin harada çalışacaqlarını demişdik. Əgər bu Amerika təyyarəsi olsaydı, vurardınız? Belə hadisənin bir daha olmasının qarşısını almaq üçün çalışmaq yerinə qeyri-müəyyən açıqlamalar eşidirik".

Onun sözlərinə görə, Türkiyə faciədən qaçmaq üçün ortaq iş aparmaq yerinə, aydın olmayan açıqlamalar verir, üzr istəmir. Rusiya prezidenti isə bu hadisədən üzüntü duyduğunu deyir.

Liderlər Suriyadakı vəziyyətə də toxunublar. Fransa prezidenti deyib ki, Bəşər Əsədin Suriyanın gələcəyində yeri yoxdur. Fransa və Rusiya İŞİD-a qarşı hücumlarını artırmaq qərarına gəlib.

Bir neçə gün öncə Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.

Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O, bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib.

Təyyarənin vurulmasından sonra Rusiya XİN rəhbərinin Türkiyəyə bu günə planlaşdırılan səfəri təxirə salınıb. Ruslara Türkiyəyə turist səfərlərindən qaçmaq tövsiyyə edilib.

ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib.

   //ANS Press