Britaniyada qar hava limanlarının işini iflic edib

11-12-2017, 14:40
161


Britaniyanın Birmingem və Uest-Midlends şəhərlərinin hava limanları, həmçinin Londonun Luton aeroportu güclü qar səbəbindən işini dayandırıb.

Amsterdam, Cenevrə, Frankfurt Mayn, həmçinin Londonun Hitrou və Stansted hava limanları pis hava şəraiti ilə əlaqədar reys qəbulunu dayandırıb.
BBC-nin məlumatına görə, bu addım uçuş-eniş zolaqlarının qardan təmizlənməsi məqsədi ilə atılıb.

//Report