Moskva-Gəncə reysi təxirə düşdü

8-03-2016, 11:10
88

Moskva-Gəncə reysi təxirə düşdüMoskva-Gəncə aviareysi təxirə salınıb. Reys "Ural Airlines" şirkəti tərəfindən "Domodedovo" hava limanından həyata keçirilməli idi. Təyyarə  Rusiya vaxtı ilə saat 10:10-da havaya qalxmalı,  saat 14:45-də isə Gəncədə eniş etməli idi.

Ümumiyyətlə bu gün adıçəkilən şirkətin bir neçə reysi təxirə salınıb. Onlar arasında Novosibirsk, Yekaterinburq, Kişinyov reysləri də var.

Reyslərin hansı səbəbdən təxirə salındığı məlum deyil.


Xatırladaq ki, son dəfə mart ayının 2-də Moskvadan Azərbaycana, daha doğrusu Gəncə və Lənkərana olan reyslər təxirə salınmışdı. Buna səbəb isə əlverişsiz hava şəraiti idi. Moskvanın "Domodedovo" və "Şeremetevo" hava limanları şəhərdə müşahidə edilən çovğun səbəbindən ümumilikdə 100 reys ləğv edib, 72-si isə təxirə salınıb.

   //ANS Press