Meksikada dəstələr arasında toqquşmalar: 9 ölü

24-04-2017, 23:39
178


Meksikada, Miçoakan və Gerrero ştatlarının sərhədində 2 dəstə arasında toqquşmalar baş verib.

Toqquşmalar nəticəsində 9 nəfər həlak olub.

Məlumatda deyilir ki, hüquq-mühafizə orqanları hadisə yerinə gələrək, orada 9 nəfərin meyitini və 4 güllələnmiş avtomobil aşkar ediblər.

Qeyd edək ki, Miçoakan və Gerrero ştatları Meksikanın ən təhlükəli ştatları sayılır.

  //Trend