Meksikada 11 nəfər qətlə yetirilib

2-08-2016, 12:23
246

Meksikada 11 nəfər qətlə yetirilibMeksikanın qərbindəki Herrero ştatının kurort şəhəri Akapulkoda sutka ərzində 8-dən çox adam qətlə yetirilib.

Bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, daha 3 nəfərin üzərində zorakılıq olan cəsədi şəhərin digər rayonunda aşkar edilib.
Ekspertlər bütün bunları şəhərdəki cinayətkar qruplaşmalar arasında davam edən münaqişə ilə əlaqələndirirlər.
Herrero cari ildə Meksikanın ən təhlükəli ştatı olaraq qalır.

   //report