Meksikada başı kəsilmiş 6 nəfərin meyiti tapılıb

17-01-2017, 13:23
210

Meksikada başı kəsilmiş 6 nəfərin meyiti tapılıbMeksikanın Qerrero ştatında sutka ərzində 10 nəfər öldürülüb.

Başı kəsilmiş 6 nəfərin meyiti ştatın inzibati mərkəzi olan Çilpansinqo şəhərində avtomobildə tapılıb.
 
Daha 4 nəfərin meyiti Çilapa şəhərində aşkarlanıb.
 
Qerrero ştatı Meksikada ən təhlükəli bölgələrdən biri kimi tanınır. Burada narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında vaxtaşırı silahlı münaqişələr baş verir.
 
2014-cü ilin noyabrında Çilapa şəhəri yaxınlığında başı kəsilmiş və qismən yandırılmış 11 meyit tapılmışdı.  Həmin ilin sentyabrında isə  Qerrero ştatının İquala şəhərində polis və mülki silahlı şəxslər tələbələrin aksiyasını dağıdarkən silahsız etirazçılara atəş açıb, nəticədə 6 nəfər ölüb, saxlanılan 43 tələbə isə itkin düşmüş hesab olunmuşdu. İstintaq zamanı müəyyən edilmişdi ki, iğtişaşlardan dərhal sonra  asayiş keşikçiləri saxlanılan tələbələri "Qerrero unidos" adlı cinayətkar qruplaşmanın üzvlərinə təhvil veriblər. Qatillər əvvəl tələbələri güllələyib, sonra isə yandıraraq cəsədlərini torpağa basdırmışdılar.

   //APA