Çində 11 nəfər yerin altında qalıb

6-12-2016, 13:47
209

Çində 11 nəfər yerin altında qalıbÇinin Hubey əyalətində  baş vermiş qəza nəticəsində 11 mədən işçisi yerin altında qapalı vəziyyətdə qalıb.

İnsident Badun rayonunda yerləşən "Xinjia Coal Mine" mədənində  baş verib.
 
İlkin versiyaya əsasən, mədəndə qaz partlayıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
 
Qeyd edək ki, noyabrın 30-da Sitayxe şəhərində  kömür mədənində baş vermiş qəza nəticəsində 21 nəfər ölüb.

   //APA