Çində mədəndə partlayış nəticəsində 19 nəfər dağıntılar altında qalıb

17-12-2015, 15:10
60

Çində mədəndə partlayış nəticəsində 19 nəfər dağıntılar altında qalıbÇinin Xeyluntszyan vilayətində mədəndə baş vermiş partlayış nəticəsində 19 nəfər dağıntılar altında qalıb.

Partlayış yerli vaxtla 14:30-da baş verib. Həmin zaman mədəndə 52 nəfər işləyirdi, onlardan 33-ü yer üzünə çıxa bilib.

Hal-hazırda xilasetmə işləri aparılır. Qeyd olunur ki, yanğın xilasedicilərin işini çətinləşdirir.

  //Trend