Putinin 64-cü baharı

7-10-2016, 18:19
305

Putinin 64-cü baharıBu gün Rusiya prezidenti Vladimir Putinin doğum günüdür.

Rusiya liderinin 64 yaşı tamam olur.

Qeyd edək ki, Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.

1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızı var: Mariya (1985-ci ildə Leninqradda) və Каterina (1986-cı ildə Drezdendə anadan olublar.) Мariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Каterina şərq fakültəsində təhsil alıb (2003-cı ildə qəbul olunublar).

2013-cü ilin iyunun 6-da Lyudmila ilə boşanması haqqında məlumat yayılıb.

Putin 2000-ci ildən etibarən Rusiyaya rəhbərlik edir. 2008-ci ildə ikinci dəfə prezident səlahiyyətləri bitdikdən sonra baş nazir olub. 2012-ci ildə yenidən keçirilən prezident seçkilərində qalib gələrək Rusiya prezidenti seçilib.

   //Azvizion.az