Braziliya üç ölkədən səfirlərini geri çağırır

1-09-2016, 17:20
251

Braziliya üç ölkədən səfirlərini geri çağırırBraziliya hökuməti 3 ölkədəki səfirlərini geri çağırmaq qərarına gəlib.

Bu barədə Braziliya XİN-dəki mənbə bildirib.
 
"Braziliyanın Venesuela, Ekvador və Boliviyadakı səfirləri geri çağırılacaq", deyə mənbə bildirib.
 
Qeyd edək ki, avqustun 31-də Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib. Buna etiraz olaraq əvvəl Venesuela, sonra isə Ekvadorla Boliviya səfirlərini Braziliyadan geri çağırıblar. Hər üç ölkənin prezidenti Dilma Roussefflə bağlı qəbul olunan qərarı qəbul etmədiklərini bildiriblər.
 
Xatırladaq ki, yeni seçkilər keçirilənədək Braziliyaya vitse-prezident Mişel Temer başçılıq edəcək.

   //APA