Braziliyanın 21 regionunda nümayişlər başladı

1-08-2016, 15:11
185

Braziliyanın 21 regionunda nümayişlər başladıBraziliyanın vəzifəsindən müvəqqəti kənarlaşdırılmış prezidenti Dilma Russeffin tərəfdarları və əleyhdarları tərəfindən təşkil edilmiş nümayişlər ölkənin 21 regionunda keçirilib.

Ən böyük mitinqlər San Paulu və Rio-de-Janeyroda keçirilib.

Nümayişlərin çoxu dinc şəraitdə keçirilib. Yeganə insident ölkənin cənubundakı Kuritiba şəhərində qeydə alınıb. Belə ki, D.Russeffin əleyhdarından bir neçəsi vəzifəsindən müvəqqəti kənarlaşdırılmış prezidentin qatı tərəfdarı olan məşhur braziliyalı aktrisa Letisiya Sabatellanı mühasirəyə alaraq, onun ünvanına təhqirlər səsləndiriblər və nəticədə polis vəziyyətə müdaxilə etməli olub.

Braziliya Federal Ali Məhkəməsinin sədri Rikardo Levandovskinin sözlərinə görə, D.Russefin impiçmentinin final mərhələsi avqustun 29-da başlayacaq. Məsələnin baxılması isə təxminən bir həftə çəkəcək.

   //report