Putin hücum edərkən bunu nəzərə almayıb - Kəşfiyyat

9-03-2023, 12:43
72

FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU


BUGUNBİLDİM.COM


Rusiya rəhbərliyi Ukrayna ordusunun bacarıqlarında səhv edə bilər.

Nəzər Media.az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ kəşfiyyatının illik təhdidlərin qiymətləndirilməsi ilə bağlı hesabatında bildirilib.

"Putin, çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin imkanlarını və döyüş meydanındakı uğurlarının miqyasını səhv qiymətləndirib. Rusiya hərbçiləri köhnəlmə, kadr çatışmazlığı və mənəvi-psixoloji problemlərlə üzləşib və bundan sonra da üzləşəcəklər ki, bu da onların qüvvələrini Ukraynanın əks-hücumlarına qarşı həssas edir", - hesabatda vurğulanıb.

Qeyd olunub ki, qismən səfərbərliyin tam effekti yalnız yaz və yay aylarında hiss olunmağa başlayacaq:

"Rusiya qüvvələri Donbasda cəmləşməyə davam etsə də, yəqin ki, 2023-cü ildə də onu tam zəbt edə bilməyəcək".