Şahzadə siqaret çəkdi, "atan gəlir" eşidəndə qaçdı

21-09-2015, 15:21
290

Şahzadə siqaret çəkdi, "atan gəlir" eşidəndə qaçdı
Britaniyal kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Harri dünən Londonun Çelsi səmtindəki "Cross Keys" pabında idi.
31 yaşının tamam olması münasibətilə dostlarını paba yığaraq ad günü keçirən şahzadə Harri gecənin bir aləmində dostu Qay Pelli ilə çölə, siqaret çəkməyə çıxıb.

O, dostunun xanımı Elizabet Uilsonla birlikdə siqaret çəkirdi.
Bu zaman şahzadə Harrinin dostlarından biri "Atan gəlir!" qışqırıb və şahzadə də qorxaraq siqareti yerə atıb, "hadisə yerindən" qaçaraq paba girib.

Şahzadə Harri hələ İton kollecrində oxuyanda, 15 yaşından bəri siqaret çəkir. Lakin o, indiyədək bunu atası, şahzadə Çarlzdan gizli saxlamağa çalışıb.

   //milli.az