Şahzadə Obama ilə görüşdü

29-10-2015, 12:20
333

Şahzadə Obama ilə görüşdüBöyük Britaniya şahzadəsi Harri Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilə görüşüb.

Ağ Evdə baş tutan görüşdə tərəflər İnviktus Oyunlarına dair fikir mübadiləsi aparıblar. Latınca mənası "məğlubedilməz” olan tədbir paralimpiya stilində keçirilən yarışlarından ibarətdir. Lakin paralimpiyadan fərqli olaraq burada döyüş zamanı yaralanmış, xəsarət almış və ya xəstəliyinə görə əlil hesab olunan hərbiçilər iştirak edir.

İnviktus Oyunları ilk dəfə 2014-cü ildə Şahzadə Hari tərəfindən yaradılıb. Prezident Obama əlil hərbiçilərin öz güclərini bu dəfə yarış meydanında göstərməsi üçün tədbirin yaxşı fürsət olduğunu deyib:

"Bu tədbirdə biz onların müharibədə göstərdiyi fədakarlıqdan əlavə güclərini və cəsarətlərini də görə bilərik”.

Şahzadə eyni zamanda, Amerikanın birinci xanımı Mişel Obama ilə də görüş keçirib.

Qeyd edək ki, Harri peşəkar hərbçidir. O, prestijli Sandherst akademiyasında oxuyub və kapitan rütbəsinə malikdir. 2007-2008-ci illərdə Harri Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib, sonra Avstraliyada xidmət edib.

Şahzadə Henri Uelski şahzadə Çarlz Uelski və şahzadə Diananın kiçik oğludur.

O, Britaniya taxtına vəliəhdlər sırasında beşincidir. Sarayda onu ailə arasında Harri kimi çağırırlar.

   //ANS