Gədəbəyli sahibkarlar yerli icra başçısından şikayət etdilər

29-10-2015, 11:21
262

Gədəbəyli sahibkarlar yerli icra başçısından şikayət etdilərGədəbəy rayonunda fəaliyyət göstərən 13 sahibkar ötən gün Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirib. Onlar Gədəbəy rayon icra başçısı Ramiz Yediyarov və müavinləri Rüstəm Nağıyev, Qüdrət Paşayevin heç bir hüquqi sənəd təqdim etmədən, məhkəmə qətnaməsi olmadan obyektlərini sökdürdüyünü iddia etdilər.

İş adamları onlardan haqq yığan yerli icra orqanlarının tezliklə layiqli cəzalarının alacaqlarına inandıqlarını dilə gətiriblər.

Sahibkarların sözlərinə görə, ümumilikdə qanunsuz olaraq 44 obyekt sökülüb. Lakin konfransda 13 obyektin sahibi iştirak edirdi. İş adamları digər həmkarlarının konfransda iştirak etməməsini sahibkarların həbs və yaxınlarının işdən çıxarılacağından qorxması ilə əlaqələndirdi.

Narazı sahibkar Oqtay Əliyev deyir ki, rayonda abadlıq işlərinin həyata keçirilməsi istiqamətində lazımi köməklik göstərib və bundan sonra da köməklik köstərməyə hazırdır: "Mən nəyə görə, Ramiz Yediyarov, Rüstəm Nağıyev və Qüdrət Paşayevə rüşvət verməliyəm. Mən min bir əziyyətlə qazandığım 150 mini onlara verməliyəm”.

Çayxana, kiçik bazar, istirahət mərkəzi və digər buna bənzər iaşə obyektlərinin qanunsuz söküntüsü ilə yanaşı sıravi vətəndaşlar da onlara məxsus pay torpaqlarının və şəxsi mülklərinin icra hakimiyyətinin rəhbər işçilərinin tapşırığı ilə əllərindən alınmasını bildirdilər.

Sonda sahibkarlar media nümayəndələrinin suallarını cavablandırdılar və tezliklə daha geniş tərkibdə gədəbəyli iş adamlarının iştirakı ilə növbəti konfransda ölkə başçısına müraciət ünvanlayacaqlarını dedilər.

Məsələ ilə bağlı Gədəbəyə Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildiriblər ki,adlarıçəkilən şəxslər sahibkar deyilllər və apardıqları tikinti də qanunsuzdur.

   //ANS
Gədəbəyli sahibkarlar yerli icra başçısından şikayət etdilər

"Adlarıçəkilən şəxslər sahibkar deyilllər və apardıqları tikinti də qanunsuzdur"

Gədəbəy rayonunda fəaliyyət göstərən 13 sahibkar ötən gün Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirib. Onlar Gədəbəy rayon icra başçısı Ramiz Yediyarov və müavinləri Rüstəm Nağıyev, Qüdrət Paşayevin heç bir hüquqi sənəd təqdim etmədən, məhkəmə qətnaməsi olmadan obyektlərini sökdürdüyünü iddia etdilər.