Bitkoinin qiyməti 22 min dolları keçib

19-07-2022, 21:27
218

BUGUNBİLDİM.COM



Dünyanın ən məşhur kriptovalyutası olan bitkoinin qiyməti qlobal fond bazarlarının böyüməsi ilə əlaqədar iyunun ortalarından bəri ilk dəfə 22 min dolları ötüb.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, Kraken birjasının məlumatlarına əsasən, bitkoinin qiyməti 5,8 faiz artıb və 22,147 min dollar təşkil edib.

"Etherium" kriptovalyutasının qiyməti isə 11,3 faiz artaraq 1 496 dollara çatıb.