Azərbaycanlı müğənninin oğlu əməliyyat oldu

12-11-2015, 22:04
423

Azərbaycanlı müğənninin oğlu əməliyyat oldu Müğənni Xatirə İslamın övladı əməliyyat oldu. Bu barədə sənətçi özü İnstagram səhifəsində yazıb.

Rusiyanın Novosibirsk vilayətində olan müğənni oğlu Emilin səhhəttində heç bir ciddi problem olmadığını deyib.

"Professorların gəldiyi nəticə belə oldu ki, hamiləlik vaxtı həddindən artıq qrip virusu keçirdiyim üçün uşaqda anadangəlmə ürək dəlikləri var idi. Mən bunu övladım bətnimdə olanda bilirdim. Sadəcə bu dəliklər çox zaman özü bağlanır. Emildə bağlanmadığı üçün inkişaf etmirdi, çox zəif idi. Buna görə biz dəlikləri bağlatdırdıq".

Bundan öncə isə Xatirə İslam övladı ilə İranda olub. O, Tehranda həkim müayinələrindən keçib. Hələ Tehranda olanda həkimlər müğənniyə övladını əməliyyat etdirməyi məsləhət görmüşdülər.

Müğənni 2013-cü ildə ana olub.

  //ANS Press