Azərbaycanlı müğənni əri ilə hamamdan şəkil yaydı -FOTOLAR

15-11-2015, 10:57
3 643

Azərbaycanlı müğənni əri ilə hamamdan şəkil yaydı -FOTOLARAzərbaycanlı müğənni Xatirə İslam hamamdaki şəkillərini 326 min izləyicisi olan şəbəkədə paylaşıb.

İfaçı "İnstaqram” hesabında Novosibirskdə yoldaşı Fəxrəddinlə saunada istirahət ediblər. Həyat yoldaşı ilə saunada istirahət edən müğənni hamamdan 4 dənə şəkil paylaşıb. İfaçının şəkilləri tənqid atəşinə tutulub.

İfaçı oğlu Emilin əməliyyatı üçün Novosibirskə yola düşmüşdü. Xatirə İslamın "İnstaqram"da 326 min izləyicisi var.
 
 

Xatirə İslam yoldaşı Fəxrəddin ilə.
 
 
 
 
Bundan öncə isə Xatirə İslam övladı ilə İranda olub. O, Tehranda həkim müayinələrindən keçib. Hələ Tehranda olanda həkimlər müğənniyə övladını əməliyyat etdirməyi məsləhət görmüşdülər.


Xatirə İslamın "İnstaqram" hesabı
 
 Müğənni 2013-cü ildə ana olub. Xatirə İslam 1981-cı ildə Xankəndi şəhərində anadan olub. Məcburi köçkün həyatı yaşayıb və Sabunçu rayonunda orta təhsil alıb. İlk ixtisası tibb bacisi olub. Lakin daha sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Səhnədə ilk addımlarını 2002-ci ildə atıb.

Bir neçə gün əvvəl "İnstaqram”da aktiv olan müğənni Günay İbrahimli də hamamdan şəkil paylaşıb. İfaçı həmin günü hamam günləri olduğunu qeyd edib. Müğənni ilə birlikdə onun bacısı İlahə İbrahimli və meneceri Nura Allahverdizadə də türk hamamında olublar.
 
 

Günay İbrahimlinin "İnstaqram" hesabı

 
 
 
   //ANS Press