Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının vurulması barədə məlumat yalandır - MN

30-07-2021, 23:06
246


Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır.