Biz Azərbaycan tərəfindən təklif olunacaq hər cür əməkdaşlığa hazırıq - Litvanın XİN başçısı

30-04-2021, 15:32
284


Litva Cənubi Qafqaz ölkələri, o cümlədən təbii ki, Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Biz bu əlaqələri daha da genişləndirməkdə maraqlıyıq. Biz təkcə iqtisadi sahədə deyil, siyasi müstəvidə də əlaqələri gücləndirmək niyyətindəyik.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, bu fikirləri Litvanın xarici işlər naziri Gabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

Litvanın xarici işlər naziri vurğulayıb ki, regionda sülh və təhlükəsizlik mühüm şərtdir. Litva Azərbaycan tərəfindən təklif olunacaq hər cür əməkdaşlığa hazırdır.

Gabrielius Landsbergis bildirib ki, ikitərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün potensial böyükdür. Azərbaycan Litvanın Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Litva, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi müstəvidə əməkdaşlığın genişlənməsinin də tərəfdarıdır.