Məhərrəm Qasımov yenidən Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib

24-12-2015, 15:24
90

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

İclasda təşkilati işə baxılıb, MSK-nın sədri, sədr müavini və katibinin seçilməsi məsələsi müzakirə olunub.
 
Müzakirələrdən sonra  Məhərrəm Qasımov yenidən  Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib.  Əli Qədimov, MSK  sədrinin müavini, Elnur Eyvazov katib seçiliblər.
 
Qeyd edək ki, dekabrın 22-də Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Naxçıvan Muxtar Respublikası MSK-nın yeni üzvləri haqqında təklifə baxılaraq təsdiq olunub.

   //APA