Çovdarovun kürəkəni də MTD-dən qovuldu

17-11-2015, 13:26
476

Çovdarovun kürəkəni də MTD-dən qovulduMTN-in daha bir şöbə rəisi işdən çıxarıldı.

Milli Təhlükəsizlik nazirinin 1-ci müavini, nazir səlahiyyətərini icra edən Mədət Quliyevin əmri ilə nazirliyin daha bir şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircan oğlu Əmircanov vəzifəsindən kənarlaşdırılıb.

Bəzi KİV-lərin yazdığına görə, R.Əmircanov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, artıq həbs olunmuş general-mayor Akif Çovdarovun kürəkənidir.

Yenə həmin yazılanlara görə, Rəşad Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra MTN-ə şöbə rəisi gətirilib.

A.Çovdarov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor olub. Bir müddət öncə işdən azad edilən Çovdarov noyabrın 15-də məhkəmə qarşısına çıxarılıb. Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

   //ANS Press