Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ABŞ-a səfər çərçivəsində Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşüb.
Parlamentdən verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Y.Hamaçek Bakıda Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirib. Azərbaycan-Çexiya əlaqələrindən məmnun olduğunu bildirən Oqtay Əsədov Çexiya Respublikasının Xocalı faciəsinə ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu bildirib. Tərəflər iki ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində birgə proqram və layihələrin hazırlanmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı Beynəlxalq Parlamentlər Birliyi tərəfindən təşkil edilir və hər beş ildən bir keçirilir. Builki konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri və 39 spiker müavini iştirak edir. Konfrans sentyabrın 2-dək davam edəcək.
//APA
10 İŞİD mənsubu həbs edildi
Almaniyada yağış fəsadlara səbəb olub
"Toşiba" 4 min işçini ixtisar etməyi planlaşdırır
Sergən Yalçın "Beşiktaş"a gəlmək üçün üç şərt irəli sürdü
Bir Türk əsgəri şəhid oldu
Avtomobil maniələrə və ağaclara cırpıldı: 1 yaralı
Naməlum çantada olan bomba təşvişə səbəb olub
Üç mərtəbəli binada yandı: 7 yaşındakı uşaq öldü
16 nəfər qanusnuz mühacir saxlanıldı
9 qanusnuz mühacir saxlanıdı
Yol qəzasına uğrayan qız öldü
Yeməkxanın qarşısında silahlı insident: 2 yaralı
İsrail ordusu Livana havadan zərbə endirib: 2 ölü, 1 yaralı
Əfqanıstada silahlı hücum: 4 ölü, 7 yaralı
Avtomobil aşdı: Sürücü yaralandı