Siyasi partiyalar seçkiyə hazırlaşır

1-09-2015, 11:36
793

Siyasi partiyalar seçkiyə hazırlaşır

 

Siyasi partiyalar seçkiyə hazırlıqlarını davam etdirir.

Müsavat Partiyası başqanı Arif Hacılının ANS TV-yə verdiyi məlumata görə, artıq partiya tərəfindən 76 nəfərin namizədliyi irəli sürülüb və bu proses bundan sonra da davam edəcək. Çünki, partiyanın Divanın yeni namizədlər irəli sürmək imkanı var və belə bir müzakirələr gedir. Namizədlərin müəyyənləşməsi dövründə baş verən müzakirələr mətbuatada bir qədər şişirdilib. Bu isə normal bir prosesdir. İddiaçılar çoxdur. Ancaq hər dairədən Müsavat Partiyası bir qayda olaraq bir namizəd irəli sürür. Ona görə də bu məsələlər səsə vermə yolu ilə həll olunur və bu bir problem deyil .

"Artıq bununla bağlı partiyanın Ali Məclisinin toplantısı keçirilib. Və növbəti parlament seçkilərində iştirak etmək üçün 81 nəfərin namizədliyi irəli sürülüb. Partiyanın nizamnaməsinə uyğun olaraq partiyanın Ali Məclisin sesiyaları arasındakı dövrdə də partiyanın idarə heyəti də seçkili orqanlara namizədlər irəli sürə bilər. Qeyd edim ki, hazırda partiya üzvü olmayan bir neçə nəfər partiya adından öz namizədliklərini irəli sürməklə bağlı bizə maraciət ediblər”,- deyə BAXCP sədri Qüdrət Həsənquliyev bildirib.
 

   //ANS