Putindən Əliyevə zəng

4-11-2015, 14:32
367

Putindən Əliyevə zəngRusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbayacanın dövlət başçısı İlham Əliyevə zəng edib.

Vladimir Putin dövlətimizin başçısını Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində namlı qələbəsi münasibətilə təbrik edib, Prezident İlham Əliyevə fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Dövlət başçısı İ.Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Federasiyasının Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Azərbaycanda parlament seçkisi noyabrın 1-də baş tutub. 125 deputat yri uğrunda 700-dən çox namizəd mübarizə aparıb. Yeni Azərbaycan Partiyası 74 faiz sәs göstәricisi ilә öndә olub.

   //ANS Press