Xankəndi dairəsinin erməni seçiciləri neçə nəfərdir? - Deputatdan açıqlama

29-12-2017, 10:23
349


1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşdi. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirildi, Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Keçmiş SSRİ dövründə Xankəndidə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. Muxtar vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilb.

Son nəticədə aparılan təcavüzkar siyasət Xankəndinin erməni işğalı altına düşməsilə nəticələndi.

1988-ci il hadisələri başlayanda Xankəndidə erməniəhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdi. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdı. 1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Moskvanın himayəsilə güclənən erməni separatizmi sonuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə Xankəndidən qovmağa nail oldu. Və şəhərin işğalı tam başa çatdırıldı.

Xankəndi uzun illərdir Ermənistanın işğalı altındadır. Xankəndidə yaşayan Dağlıq Qarabağ erməniləri hüququ baxımdan hələ də Azərbaycan vətəndaşlarıdır. Belədə onların həm də Xankəndi seçki dairəsinin seçiciləri olduğunu demək olar... Bəs Azərbaycanın erməni seçicilərinin sayı nə qədərdir?

Nezermedia.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsindən seçilən deputatı Flora Qasımova Modern.az-a açıqlama verib.

Deputat Xankəndi seçki dairəsindən erməni seçicilərin səsvermələrdə iştirakını təmin etməyin mümkünsüz olduğunu deyib. Bu səbəbdən də onları siyahıya sala bilməyiblər.

“Xankəndidən olan ermənilərin sayı barədə məndə son məlumat yoxdur. 1989-cu ilin statistikasında Xankəndidən olan ermənilərin sayı 5500 göstərilib. Aydın məsələdir ki, biz bu statistikaya inana bilmərik. Həmin statistika çox gərgin bir vaxtda hazırlanıb. Bu rəqəmlər hazırlanan zaman Dövlət Statistika Komitəsindən heç kəsi ora buraxmayıblar. Ona görə də bu rəqəmin doğru olmadığına şübhəm yoxdur. Hazırda isə Xankəndi seçki dairəsindəki seçicilərin siyahısında heç bir erməninin adı yoxdur”.