Deputatın obyektindəki partlayışla bağlı rəsmi məlumat yayıldı

28-07-2017, 12:04
240


Daxili İşlər Nazirliyi Lerikdəki quşçuluq müəssisəsində baş vermiş hadisə barədə məlumat yayıb.

İyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb. Orada fəhlə işləyən kənd sakinləri Mehman Mirzəyev və Akif Aslanov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.    

Xatırladaq ki, partlayışın baş verdiyi müəssisənin Milli Məclisin deputtaı İqbal Məmmədova məxsus olduğu bildirilir...

  //Modern.az