Azərbaycan Trampın iştirakı ilə keçiriləcək sammitə dəvət olundu

15-05-2017, 22:24
13


Azərbaycan Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək Ərəb-İslam sammitinə dəvət olunub.

Sammit mayın 21-də Ər-Riyad şəhərində baş tutacaq.
 
Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə ilə yanaşı Türkiyə və Azərbaycan daxil olmaqla, 18 müsəlman ölkəsinin liderləri sammitə dəvət olunub. İran sammitə dəvət edilməyib.

   //APA