Xələf Xələfov Daşkəndə gedir

6-04-2017, 17:14
235

Xələf Xələfov Daşkəndə gedirAzərbaycanı Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Bu barədə  Azərbaycan XİN-dən məlumat verilib.

Aprelin 7-də Daşkənddə keçiriləcək iclas MDB-nin Dövlət və Hökumət başçıları şuralarının iclaslarına əsas hazırlıq mərhələlərindən biridir.

İclasın gündəliyinə 16 sənəd layihəsinin müzakirəsi daxildir.

İştirakçılar, həmçinin regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, ticati-iqtisadi və mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

  //Trend