Ermənistan seçkilərə DOĞRU - Sarkisyan iqtidarda qala biləcəkmi?

31-03-2017, 22:11
435

Ermənistan seçkilərə DOĞRU - Sarkisyan iqtidarda qala biləcəkmi?Ermənistanda keçiriləcək parlament seçkilərinə 2 gündən də az vaxt qalır. Bu gecədən etibarən ölkədə bütün təbliğat-təşviqat kampaniyası dayandırılacaq və sükut günü başlayacaq. Aprelin 2-də isə Ermənistan vətəndaşları seçki məntəqələrinə gedərək, dəstəklədikləri partiya və namizədə səsə verəcəkələr.
2015-ci ildə keçirilən konstitusiya dəyişikliyi 2018-ci ildə Serj Sarkisyanın səlahiyyət müddətinin başa çatması ilə ölkəni parlament respublikasına çevirəcək. Məhz bu səbəbdən seçkilərdə qalib gələn blok və ya partiya faktiki olaraq ölkənin idarə olunmasında başlıca rol oynayacaq.

Seçkilərdə 9 partiya və blok iştirak etsə də, son rəy sorğuları əsas mübarizənin hakim Ermənistan Respublika Partiyası və "Tsarukyan” bloku arasında gedəcəyini göstərir. Rəyi soruşulanların 44%-i iqtidardakı Respublika Partiyasına, 36% isə "Tsarukyan" blokuna dəstək verəcəyini bildirib. Digər iştirakçıların isə parlamentə düşmək üçün tələb olunan 7%-lik səddi aşmağa çalışacaqları ehtimal olunur.

Təbii ki, bütün siyasi güclər öz seçki kampaniyalarında Dağlıq Qarabağ münaqişəsinin həllində kompromissiz həll varinatını əlində bayraq ediblər. Bundan başqa, partiylar öz seçicilərinə yağlı vədlər verməkdən də çəkinməyiblər. Belə ki, Respublika Partiyasının siyahısında 1 nömərli namizəd olan baş nazir Karen Karapetyan qalib gələcəkləri təqdirdə ölkə iqtisadiyyatına 3,2 milyard dollar, müxalifətçi Qaqik Tsarukyan 15 milyard dollar, Ermənistan Kommunist Partiyası isə 17 milyard dollar investisiya vəd edib. Seçki şüarları arasında işsizliyin azaldılması, mühacitərin dayandırılması və iqtisadi artım templərinin artırılması daxildir.

Lakin reallıqda heç bir siyasi qüvvə rasional çıxış yolunu göstərə bilmədi. Buna yeganə cəhd edən, Erməni Milli Konqresinin rəhbəri, ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın ölkənin İctimai Televiziyasında Qarabağ münaqişəsinin həlli ilə bağlı müsahibəsi geniş etirazlara səbəb oldu. Petrosyanın münaqişənin həll olunmadığı, Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qaldığı müddətdə ölkənin inkişaf etmə perspektivlərinin olmadığını deməsi yerli cəmiyyətdə kəskin etirazlara səbəb oldu.

Faktiki olaraq, erməni cəmiyyəti münaqişənin həllində kompromislərə, güzəştələrə hazır olmadığını nümayiş etdirdi. Məzh buna görə, Erməni Milli Konqresinin elektroratı 3-5% arasında dəyişir. Digət tərəfdən, "Ohanyan-Oskanyan-Ovanisyan” bloku, "Yelk” blokları da bu məsələdə kəskin qanadın nümayəndələri kimi özlərini göstərdilər.

Bu mənada, Ermənistanda 2 aprel seçkilərinin Qarabağ münaqişəsinin həlli, regionda gərginliyin azalması və s. baxımdan əhəmiyyətli dəyişiklik etməyəcəyini öncədən proqnozlaşdırmaq olar. Əksinə, ölkədə idarəetməni hazrki Respublika Partiyasının öz əlində saxlayacağını, demokratik institutların fəaliyyətində əngəllər yaradacağını söyləmək olar.

 //Modern.az