Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar başlayacaq

17-01-2017, 23:17
250

Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar başlayacaq"Azərbaycanla Avropa İttifaqı arasında yeni razılaşma üzrə danışıqların bir neçə həftə sonra başlaması gözlənilir".

Bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu məqsədlə Brüsseldə hazırlıqlar başlayıb: "Bizim Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hüquqi baza üzrə bir sıra sahələri müzakirə etmək fikrimiz var. Buraya iqtisadiyyat, ticarət, insan haqları və digərləri daxildir. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır".

   //APA