Rusiyalı nazir Azərbaycana gəlir

19-10-2016, 20:10
210

Rusiyalı nazir Azərbaycana gəlirRusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Azərbaycana gələcək.

Bunu  nazirin köməkçisi Yelena Laşkina deyib.

Onun sözlərinə görə, A.Ulyukayev oktyabrın 31-də Bakıda keçiriləcək VII Azərbaycan-Rusiya regional forumunda iştirak edəcək.

Y.Laşkin deyib ki, forum çərçivəsində ikitərəfli əməkdaşlığın ticari-iqtisadi, regionlararası və sərhədyanı əməkdaşlıq məsələləri, humanitar, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq, Azərbaycan və Rusiyanın strateji qarşılıqlı fəaliyyəti müzakirə olunacaq.

   //Trend