İlham Əliyev başsağlığı verdi

17-04-2016, 21:54
239

İlham Əliyev başsağlığı verdiAzərbaycan prezidenti İlham Əliyev Yaponiyada baş vermiş zəlzələ nəticəsində insan tələfatı ilə əlaqədar Yaponiyanın imperatoru Əlahəzrət Akihitoya başsağlığı verib.

Dövlət başçısı Yaponiyada baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Prezident İlham Əliyev faciə ilə əlaqədar imperatoru Əlahəzrət Akihitoya, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.


Aprelin 15-də Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə zəlzələ baş verib. Bir gün əvvəl isə ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, dağıntılar var.

Zəlzələ nəticəsində ölənlərin sayı 41 nəfər olub, 1500 nəfərdən çox insan xəstəxanalara yerləşdirilib. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

Təbii fəlakət nəticəsində yüz minlərlə ev elektrik enerjisiz və qazsızqalıb, içməli təchizatı dayandırılıb.

   //ANS Press