Paşinyan referendum fikri ilə razı deyil

1-07-2024, 22:10
298

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Avropa Birliyinə daxil olmaq üçün referendumun keçirilməsini hazırda məqsədəuyğun hesab etmirəm, lakin Ermənistan xalqının Avropa istəyi var.

Nəzər Media.az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyi və ABŞ səfirlərinin, beynəlxalq və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi "Erməni Demokratik Forumu"nun iclasında çıxışında deyib.

"Əgər referendum olsa, təşviqat aparmalıyıq. Belə olan halda insanlar bizə sual verəcəklər: Necə, nə vaxt, Avropa Birliyi istəyir, ya yox? İnsanlar Avropa Birliyinin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Bu suala cavab verə bilmərəm, çünki AB daxilində də proseslər gedir ki, bu da ən azı seçkinin nəticələri ilə bağlı suallar doğurur", - Paşinyan bildirib.