"COP29-a qədər Bakı ilə İrəvan arasında sülhün əldə olunacağına ümid edirik"

12-06-2024, 23:10
732


RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Böyük Britaniyanın Azərbaycandakı səfiri COP29-a qədər Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunacağına ümid etdiyini bildirib.

Nəzər Media.az Trend-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib

"Altı ay əvvəl əvvəl Bakının COP29-a ev sahibliyi etməsi barədə razılaşma iqlim dəyişikliyi ilə mübarizə və regionda sülhün əldə edilməsi sahəsində müsbət siqnal oldu. Ümid edirəm ki, həm Azərbaycan, həm də Ermənistan COP29-dan əvvəl davamlı sülhə nail olmaq istiqamətində irəliləyə biləcəklər", - səfir deyib.

Ferqus Auld həmçinin vurğulayıb ki, COP29-un əsas müzakirə mövzularından biri şəffaflıq olacaq.

"Effektiv dəyişiklik etmək üçün hər bir hökumət, hər bir şirkət və hər birimiz hərəkətlərimizin nəticələrini başa düşməliyik. Mən məmnunam ki, son bir neçə il ərzində Böyük Britaniyanın "Aether" QHT-si emissiyaları ölçmək və hesabat vermək qabiliyyətini gücləndirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti ilə işləyir", - diplomat əlavə edib.