Azərbaycan səfirliyi Gürcüstanın futbol üzrə milli yığmasını təbrik edib

27-03-2024, 02:51
662

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin futbol üzrə milli yığma komandasını tarixdə ilk dəfə olaraq Avropa Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

Nəzər Media.az report.az-a istinadən xəbər verir ki, bununla bağlı səfirliyin sosial media hesablarında paylaşım edilib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın futbol üzrə milli komandası 2024-cü il Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb. Onlar Yunanıstanlı futbolçuları penaltilər seriyasında 4:2 hesabı ilə üstələyiblər.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək.

Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyiblər. Yunanıstan komandası 2004-cü il Avropa çempionatının qalibidir