Yens Stoltenberq Ermənistana səfər edib

20-03-2024, 02:57
786

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri davam edir. Strateji.az "CNN Türk"ə istinadən xəbər verir ki, Stoltenberq Azərbaycan və Gürcüstandan sonra Ermənistana səfər edib. 

O səfər zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Stoltenberq Cənubi Qafqazda sülhün olmasının NATO üçün önəmli olmasından bəhs edib.

"Bu günki iclasımızda Cənubi Qafqazda sülhün önəmindən bəhs etdik. Təhlükləli bir dünyada bu NATO üçün çox önəmlidir. Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların sona çatmasından sonra biz burada davamlı sülhün əldə olunmasını istəyirik. Mən iki ölkəni müzakirələrə və razılağa gəlməyə çağırıram. Biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq. Rusiyanın Ukraynada apardığı müharibə bizə sülhün heçdə burada sülhün əhəmiyyətsiz olmayacağını göstərdi." deyə Stoltenberq bildirib.


//Aytən Əsgərova, Strateji.az