Nazir polkovniki daha yüksək vəzifəyə təyin etdi - FOTO

4-03-2024, 14:51
809

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi olub. 

Nəzər Media.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik İntiqam Axundlu tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Xidmətinin Bakı alayının komandiri vəzifəsinə hələki təyinat yoxdur. 

Qeyd edək ki, son günlər FHN-də bir sıra kadr dəyişiklikləri edilib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi general Adil Abdullayev isə vəzifəsindən azad olunaraq Fövqəladə hallar nazirinə müavin təyin edilib.