Ermənistan hərbi xərclərini artırır

8-11-2023, 14:05
508

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Ermənistan gələn il hərbi xərclərini artıracaq.

Nəzər Media.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin maliyyə naziri Vaqe Hovannisyan parlamentdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Ermənistan büdcəsindən müdafiə xərcləri üçün ayrılacaq vəsait 2024-cü ildə 1,4 milyard dolları keçəcək.

"2024-cü ildə Ermənistanın müdafiə büdcəsi 555 milyard dram (təxminən 1,4 milyard dollardan artıq) təşkil edəcək ki, bu da 2023-cü illə müqayisədə 7 faiz çoxdur", - Hovannisyan bildirib.

Erməni nazir həmçinin əlavə edib ki, müdafiə xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 5,3 faizini təşkil edəcək.




�����������