Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur - Novella Cəfərova

14-03-2023, 23:30
91

FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU


BUGUNBİLDİM.COM


FONO XARİCDƏ TƏHSİL MƏRKƏZİ VƏ XARİCİ DİLLƏR KURSU 

Türkiyədə Təhsil

Avropada Təhsil

İngilis dili Kursu

YÖS Kursları

Telefon: +99450-339-01-64; +99450-315-38-86


Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, bunu hüquq müdafiəçisi Novella Cəfərova Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı tədbirində deyib.

O bildirib ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda sabitliyi istəmir:

"Onlar Qarabağın işğaldan azad olunmasını istəmirdilər. Nə Ermənistanda, nə Gürcüstanda insan haqlarının pozulması adını çəkmir. Bu təşkilatlar Qafqazda yalnız Azərbaycanı ittiham edir. Hansı ki, Qafqazda ən demokratik dövlət Azərbaycandır. Biz hesabatda hansı ölkədə insan haqlarının pozulduğunu qeyd etmişik. Ermənistanda insan haqları necə pozulur, bu bütün təşkilatlara məlumdur".

Xatırladaq ki, Azərbaycan Hüquqmüdafiə Təşkilatlarının Monitorinq Qrupu "Ermənistan: Demokratiya və İnsan hüquqları (2018-2023)" hesabat sənədi hazırlayıblar.