MDB-yə üzv ölkələrin liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək

9-12-2022, 16:32
1 499

BUGÜNBİLDİM.COM 


Dekabr ayının sonunda Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Nəzər Media.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

"Dekabrın sonunda yaranmış ənənəyə uyğun olaraq Sankt-Peterburqda MDB iştirakçısı olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi, dostluq görüşü keçiriləcək", - o deyib.