Elektirikli velosiped və yük maşını toqquşub: 1 ölü, 1 yaralı

10-07-2024, 01:01
102

Türkiyədə yol qəzası baş verib. Strateji.az "haberler.com" saytına istinadən xəbər verir ki, qəza Hatayda baş verib.

Qəza zamanı elektrikli velosiped və yük maşını toqquşub. Hadisə zamanı 1 nəfər ölüb. Qəza bir nəfərin yaralanmasına səbəb olub. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


//Aytən Əsgərova, Strateji.az